Qadın baldızı ilə birləşərək öz həyat yoldaşının pullarını oğurlayaraq qaçıb.
İstanbulda qeyri-adi bir hadisə baş verib. Yeni ana olan Busə adlı gənc qadın baldızı ilə qaçıb. 3 gün əvvəl Bahriyə Dalğıc adlı qadın qızı Busə Şule Faris haqında məlumat ala bilmədiyinə görə, onun evinə gedib. Evə gələn Bahriyə "Ana, biz gedirik, bizi axtarmayın, izimizə düşməyin" kağızı ilə rastlaşıb.
Dərhal telefonla qızına zəng edən qadın sosial media hesabını da bağlayan qızından xəbər ala bilməyib. Daha sonra gənc qadının 22 yaşlı baldızı Gizem Keleş ilə qaçdığı məlum olub. İki gənc qadın pul, qızıl və kredit kartlarını da götürərək yoxa çıxıblar.
Axtarışdan sonra ailə hadisəni polisə bildirib.
Qadının həyat yoldaşı Əhməd Faris: "Hadisələrin səbəbini bacıma bağlayıram. Bacımın bəzi çətinlikləri vardı. Mənim həyat yoldaşımla heç bir problemim yoxdur. Buna baxmayaraq, məni tərk etdi" - deyib.
mənbə:GoldNews.Az
1
Sosial mediada qadın sürücü ilə bağlı yayılan görüntülərə RƏSMİ CAVAB
400 dəfə oxunub
2
İlham Əliyev fərman imzaladı
381 dəfə oxunub
3
Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb
379 dəfə oxunub
4
Qəzada həlak olan dostlar yan-yana torpağa tapşırıldılar: "Ailə məhv oldu" - VİDEO
376 dəfə oxunub
5
Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb
370 dəfə oxunub