Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatı ilə PKK-nın yüksək səviyyəli şəxsləri tələyə düşüblər. Yüksək səviyyəli rəhbərlər hərəkat öncəsi qaçsa da, terror təşkilatının Afrinə məsul olan "Dərviş Afrinli" kod adlı terrorçusu bölgədə qalıb.
Mynews.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, təhlükəsizlik qaynaqları "Dərviş Afrinli"nin də zərərsizləşdirilə biləcəyinə diqqəti çəkir. PKK xeyli vaxtdır ki, Afrindəki silahlanma və təşkilatlanmanı İraqın şimalındakı Qəndildən verilən tapşırıqlara əsasən həyata keçirir.
Bu arada, Türkiyə Silahlı Qüvvələri Afrin əməliyyatı ilə bağlı yeni xəbərlər açıqlayıb. Məlumata görə, bu ana qədər 394 terrorçu öldürülüb, terror təşkilatının 340 hədəfi vurulub. Son olaraq, türk əsgərləri və Azad Suriya Ordusunun döyüşçüləri Əli Bekki yaşayış məntəqəsini ələ keçiriblər. PKK terrorçuları qoyub qaçdıqları əraziləri tərk etməmişdən öncə əvvəlcə minalayırlar.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub