Amerikada toy günü insanlığa sığmayan cinayət törədilib.
Hamiə gəlin toy günü rəfiqəsi tərəfindən öldürülüb, bətnindəki uşaq oğurlanıb.
Cinayət baş verən gün Angelikque Sutton adlı 22 yaşlı qadın Nyu-Yorkda idi. O, toyuna hazırlaşırdı. Angelikque 8 ay yarımlıq hamilə idi. O, 8 illik sevgilisi Patrick Bradley ilə ailə qurmaq istəyirdi. Lakin toy günü öldürülüb.
8 aylıq hamilə olan Angelikque sosial şəbəkələrin birində hamilə olduğunu elan edib və xeyli körpə paltarları çəkib şəxsi hesabında paylaşıb. Angelikquenin rəfiqəsi, sinif yoldaşı onu bu şəbəkədə görüb və onunla yaxınlıq edib. Onlar görüşüblər. Ashleigh Wade adlı rəfiqə də hamilə olduğunu söyləyib. Onlar birlikdə körpə paltarları alıblar. Qısa zamanda çox mehriban olublar.
Lakin Ashleigh hamilə sinif yoldaşını toy günü kürəyindən vurub. Belə ki, o, Angelikquenin toyu günündə ona xüsusi hədiyyə verəcəyini deyib və evinə dəvət edib. Onlar görüşən zaman Ashleigh hamilə olmadığını Angelikqueyə deyib. Onlar arasında mübahisə yaranıb. Rəfiqəsi Angelikqueyə bıçaqla hücum edib, çığırmasın deyə onun boğazını kəsib. Sonra da bətnini yarıb, uşağı oradan çıxarıb. Hamama gedib uşağın üstündəki qanı təmizləyən Ashleigh öldürdüyü rəfiqəsinin sevgilisinə zəng edib.
Hadisə yerinə gələn Patrick dəhşətə gəlib. O, polis çağırıb. Ashleigh saxlanılıb. Polislərə "bu mənim uşağımdır" deyə qışqırıb.
Ashleigh məhkəmədə səhvini etiraf edib. Hər kəsə yalan dediyini, hamilə olmadığını, rəfiqəsini qəsdən öldürdüyünü, məqsədinin uşağı oğurlamaq olduğunu etiraf edib.
Ashleigh 40 il müddətinə azadlıqdan məhrum edilib. Onun psixoloji problemləri olduğu müəyyən olunub.
Qeyd edək ki, uşağa Jenasis adı qoyulub. O, sağdır. O, hadisə zamanı budundan yüngül xəsarət alıb.
///Milli.Az