Türkiyənin Trabzon şəhərində dəhşətli hadisə yaşanıb.
Metbuat.az xəbər verir ki, 2 ildir evli olan E.K ilə arvadı H. K arasında ailədaxili problemlər yaşanıb və qadın müvəqqqəti olaraq psixoloji müalicə almağa başlayıb. Arvadının müalicəsi getdiyi bir vaxtda əri ata olmaq istədiyini bildirib. H.K isə müalicə müddətində bunun mümkün olmayacağını bildirsə də, E.K təkidlə istədiyini bildirib və inanılmaz bir hərəkət edib. Belə ki, o arvadının içkisinə gizlicə yuxu dərmanı qataraq onu yuxuladıb və qarşı tərəfin istəyi olmadan hamilə buraxıb.
Qadın bunu biləndən sonra ərini məhkəməyə verib.
Qeyd edək ki, hazırda məhkəmə prosesi davam etdirilir.