Ötən gün Moskvada “Slavyanskiy bulvar” metrostansiyasının qarşısında üç nəfər arasında mübahisə düşüb. Mübahisə sonradan davaya çevrilib.
Mynews.az bu barədə Oxu.Az-a istinadən xəbər verir.
Münaqişə tərəflərindən birində travmatik tapança olub. Şahid ifadələrinə görə, iki kişi silahlının üzərinə atılıb. Onun əvvəl havaya, daha sonra isə mübahisə etdiyi şəxslərə atəş açdığı iddia olunur.
Bəzi məlumatlara əsasən, açılan güllə 1989-cu il təvəllüdlü, azərbaycanlı Mahir Rüstəmovun üzünə tuş gəlib. Zərərçəkən aldığı güllə yarasından dünyasını dəyişib. 1985-ci il təvəllüdlü Əli Həsənov isə əlindən yaralanıb. O, xəstəxanaya yerləşdirilməkdən imtina edib.
Atıcı isə cinayət yerindən qaçıb.
“Atıcı metroya düşərək gözdən itdi, tapançanı da atmışdı. Sonra qayıtdı və dedi: “Mən niyə bunu etdim?” Əlləri qana bulaşmışdı. Sonra qaçıb getdi”, – deyə şahid bildirib.
Qətl faktı ilə bağlı cinayət işi açılıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub