Bazar günü - yanvarın 28-də Xəzər dənizinin cənub sahillərində, Bəndər Ənzəli limanı yaxınlığında İran hərbi dəniz donanmasına aid “Damavand” freqatı batıb.
Mynews.az xəbər verir ki, hərbi gəmi yanvarın 10-da ildırım vurmasından sonra ciddi zədələnib.
“Damavand” (əvvəlki adı “Vilayət”) freqatı rəsmi olaraq İran Hərbi Dəniz Qüvvələrində 9 mart 2015-ci ildə istismara verilib. Gəminin tonnajı 1500 ton təşkil edir, korpusunun uzunluğu 94 metrdir. 30 dəniz milinə qədər sürət yığan freqat qanadlı və zenit raketlərlə təchiz olunub və göyərtəsində helikopter olub.
Qeyd edək ki, yanvarın 10-da Xəzər dənizində leysan yağış və şimşəklə müşayiət olunan güclü fırtına olub. İran KİV-in yaydığı məlumata görə, fırtına zamanı altı ekipaj üzvü göyərtədən dənizə yıxılıb, onlardan yalnız dördünün həyatını xilas etmək mümkün olub.
Ehtimala görə, freqat ildırıma tuş gəldikdən sonra onun idarə olunmasında problemlər yaranıb və yüksək dalğalara çırpılan gəmiyə ciddi ziyan dəyib, bir müddət sonra isə gəmi batıb.
İran Hərbi Dəniz Donanmasının komandanlığı bu informasiyanı şərh etmir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub