ABŞ-da lotereyada bir milyon dollar mükafat qazanan vətəndaş pulları aldıqdan üç həftə sonra dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə “NYup.com” saytında məlumat yayılıb.
Dekabrın əvvəlində Nyu-York ştatının Sidney şəhərindən olan 51 yaşlı dülgər Donald Savostano (Donald Savastano) 10 dollarlıq bayram lotereyası bileti alıb. Qoruyucu qatı sildikdən sonra orada bir milyon dollar yazıldığını görüb.
Lotereya qaydalarına görə, həmin mükafat qalibə bir neçə il ərzində hissə-hissə ödənilir. Qalib prosesi sürətləndirmək istəyirsə, məbləğin bir hissəsindən imtina etməlidir. Yalnız bu halda o, yerdə qalan məbləği dərhal götürə bilər. Savastno məhz bu variantı seçib və yanvarın 4-də lotereya təşkilatçıları ona 661.8 min dollarlıq çek təqdim edib.
Qalibiyyətdən sonra dülgər jurnalistlərə verdiyi açıqlamada qocalığı üçün bir qəpik belə yığmadığını söyləyib.
“Bu pullar işimə yarayacaq. Mənim hər hansı ekstravaqant planlarım yoxdur. Yeni pikap alacam, borclarımı ödəyəcəm və gələcəyə yatırımlar qoyacağam”, – deyə qalib bildirmişdi.
Bu açıqlamadan bir neçə gün sonra Savostanoda son mərhələyə qədəm qoymuş xərçəng aşkarlanıb. Yanvarın 26-da lotereya qalibi dünyasını dəyişib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub