Rusiyanın Maqnitaqorsk şəhərində yaşayan 20 yaşlı Sergey Antipinin həyatı heç də asan keçməyib.
“Bizim Yol” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, o, aclıqdan ölməmək və küçədə soyuqdan donmamaq üçün həbsxanaya düşmək qərarına gəlib və bunun üçün oğurluq edib.
Sergey uşaq evində böyüyüb. 17 yaşına çatdıqdan sonra uşaq evindən taleyin ümidinə buraxılan gənc peşə məktəbində təhsil alıb və bu müddətdə peşə məktəbinin yataqxanasında yaşayıb. Daha sonra 2 ildən artıq müddətdə tənha gənc iş tapmaq üçün qapıları döyüb, rayon prokurorluğuna, hətta prezident administrasiyasına belə müraciət edib. Maqnitaqorskun ilik donduran soyuqlarında binaların çardağında, kimlərinsə verdiyi yemək hesabına həyatda qalıb. Lakin gözləməkdən , bütün qapılardan “yox” cavabı almaqdan yorulan gənc mağaza yarmağa qərar verib. Oğurladığı pullarla da polis idarəsinə gələrək təslim olub. Bu əməlinə görə, o 5 il müddətinə azadlıqdan məhrum edilib.
İndi həbsxanadan yenə müvafiq orqanalara müraciət edib iş axtaran gənc gələcəyini təminat altına ala bilməsə, bütün ömrünü kiçik cinayətlərlə həbsxanada keçurməyi planlayır.
“Mərdi qova-qova namərd edirlər” deyimi bu adama aiddir yəqin.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub