“Ölkə.Az” xəbər verir ki, belə qarşıdurmalardan biri də kriminal durumuna görə dünyada məşhur olan Rio de Janeyro şəhərində qeydə alınıb. Polis 100 minlik Rokinha məhəlləsində qatı cinayətkarlara qarşı əməliyyat keçirib. Bu əməliyyatı isə “AP” agentliyinin əməkdaşı çəkib.
Əməliyyat zamanı qəsəbə sakinləri adi həyatda olduqları kimi sərbəst davranıblar və polis yoxmuş kimi rahat şəkildə hərəkət ediblər. Bu məhəllədə yaşayanların demək olar ki, çoxu narkotacirlərlə əlbirdirlər. Bu ərazidə bir neçə cinayətkar qrup fəaliyyət göstərir. Bəzən onlar bir-birilə mübarizə aparır. Daha güclü cinayətkar qrup digərlərini məğlub edir və onların ərazisini ələ keçirir.
Bu ərazidə hər ay azı 30 milyon dollarlıq çirkli pullar dövr edir. Bu səbəbdən burada cinayətkarların çoxu polislərlə də əməkdaşlıq edir, onlara gələn gəlirdən pay verirlər. Bu müttəfiqliyə əməl etməyən polislər isə həmin qəsəbədə güllələnirlər. Elə ona görə də həmin qəsəbəyə polislər tək girmirlər. Həmişə əməliyyat zamanı qəsəbəyə azı 20 polis əməkdaşı daxil olur. Onlar əməliyyata döyüşə gedirmiş kimi təpədən dırnağa qədər silahlanaraq gedirlər. Buna baxmayaraq bəzən keçirilən əməliyyat zamanı polislər də həlak olur.

















1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub