Rusiyanın Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski ABŞ Maliyyə Nazirliyinin hazırladığı “Kreml hesabatının” iyrənc olduğunu hesab edir.
Mynews.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Belə hesabatlar iyrəncdir. Avroviziyada, Olimpiya Oyunlarında iştirak etməyə icazə verməməklə, hesabatlar dərc etməklə, sanksiyalar tətbiq etməklə, jurnalistləri saxlamaqla, sahibkarları həbs etməklə, deputatları buraxmamaqla onlar Rusiyanı elə hey alçaldırlar. 30 il rəzalətə dözməkdənsə, bir il müharibə etmək daha yaxşıdır. Bax, onlar müharibədən qorxduqları və savaşmağı bacarmadıqları üçün belə edirlər”, - deyə Jirinovski mətbuat konfransında bildirib.
O əlavə edib ki, ABŞ hökumətinin hərəkətləri, sadəcə, yumşaq təzyiq formasıdır.
“Biz buna necə reaksiya göstərək? Qərbin əlindən “kozırları” alaq. Onlarda elita dəyişikliyi baş verir, biz də dəyişək. Onlarda ikipartiyalı sistem mövcuddur – bizdə də eləcə. Belə olsa, artıq bizi gözüm-çıxdıya sala bilməyəcəklər. Onlar bizim narazı olan vətəndaşlarımızın əhval-ruhiyyəsindən sui-istifadə edir. Çünki prezident nə qədər yaxşı olursa-olsun, insanlar həmişə azad seçki istəyir və onun uzun müddət hakimiyyətdə qalmasına dözməyə hazır deyil”, – deyə Jirinovski diqqətə çatdırıb.
Bundan əvvəl adı qalmaqallı siyahıda olan Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Maliyyə Nazirliyinin bu hesabatını pisləyərək, siyahıda olan bütün şəxslərin ABŞ-ın de-fakto düşmənləri elan edildiyini bildirmişdi.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub