“Ölkə.Az” xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb. Yerəvan şəhərində keçirilməli olan “Gücün oyanması” adlı kitabın təqdimatının təxirə salınması ilə bağlı 2 versiya səsləndirilir.
Belə ki, tədbirin keçiriləcəyi Yeqişe Çarentsin ev-muzeyindən verilən açıqlamaya görə, təqdimat texniki səbəbdən ləğv olunub. Lakin bunun yalan olduğu deyilir.
Qeyri-rəsmi olaraq isə bildirirlər ki, bunun arxasında siyasi səbəblər dayanır. Məlumata görə, Mixeil Saakaşviliyə qarşı təqiblər onun kitab təqdimatına da təsir edib.
Kitabın tərcüməçisi Naapetyan “Facebook” hesabında təqdimatın ləğv olunmasının əsl səbəbindən xəbərsiz olduğunu bildirib. “Gücün oyanması” adlı kitabın təqdimatının fevralın 7-də keçiriləcəyi qeyd olunub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub