Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli “HISAR-O” zenit-raket komplekslərinin sınaqlarında iştirak edib.
Mynews.az xəbər verir ki, ortamənzilli “HISAR-O” hava hücumundan müdafiə sistemlərinin sınaqları Aksaray vilayətində həyata keçirilib.
Canikli ilə yanaşı, HHM komplekslərinin sınağının gedişini Milli Müdafiə Nazirliyinin müşaviri Əli Fidan, ASELSAN şirkətinin direktorlar şurasının sədri İbrahim Özkol, ROKETSAN şirkətinin baş direktoru Selcuk Yaşar, həmçinin Baş Ordu Qərgargahının nümayəndələri iştirak edib.
Sınaqda qoyulan bütün tapşırıqlar uğurlu şəkildə yerinə yetirilib. Nurəddin Canikli kompleksi ərsəyə gətirən komandanı sınağın uğurlu keçməsi münasibətilə təbrik edib.
Qeyd edək ki, “HİSAR-O” kompleksi NATO-nun vahid HHM sistemi əsasında hazırlanıb və Link-16 rabitə sistemində işləyə bilir. Zenit raketi şaquli vəziyyətdə hava buraxılır və buraxılışdan sonra manevr mühərriklərinin köməyi ilə hədəfə yönləndirilir.
“HISAR-O” yüksək maneələri aşma qabiliyyəti olan “Mercedes-Benz 2733” (6x6) yük maşının şassisinə quraşdırılır, altı raket və teleskopik dirək antena ilə təchiz olunub. Daha güclü mühərriki hesabına “HISAR-O” 40 km məsafədə və 15 km yüksəklikdə olan hava hədəflərini məhv edə bilir. Bir neçə sınaq mərhələsindən sonra komplekslər orduda istismara veriləcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub