Ermənistanın Kotaysk vilayətində borca görə uşaq oğurlanıb.
Mynews.az NEWS.am-a istinadən xəbər verir ki, fevralın 1-də 37 yaşlı Eqvard şəhər sakini Varsenik A. Nairi Polis Bölməsinə müraciət edib.
O bildirib ki, həmin gün 14:00 radələrində 44 yaşlı Eqvard sakini Marine A. onun 10 yaşlı qızını aldadaraq evinə aparıb. Uşağın onun evində bir neçə saat saxlanıldığı bildirilir.
Məlum olub ki, Varsenikin Marineyə borcu olub. Sonuncu qəti şəkildə bildirib ki, pulu qaytarılana qədər Varsenikin qızını azad etməyəcək.
Faktla əlaqədar cinayət işi açılıb, istintaq aparılır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub