Rusiyanın Volqodonsk şəhərində şagirdə qarşı qəribə hərəkət etmiş müəllimə ərizə yazaraq işdən çıxıb.
Mynews.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, məktəbdəki şagirdlərdən birinin valideyni redaksiyaya şikayət edib. O bildirib ki, qızının riyaziyyat müəlliməsi Tatyana Alekseyenko onun saçını kəsib. Müəllimə bu addımı ona görə atıb ki, şagird saçı açıq şəkildə dərsə gəlib.
Valideyn bildirib ki, Təhsil Nazirliyinə şikayət ərizəsi yazıb, eyni zamanda sinif şagirdlərinin valideynləri birləşərək prokurorluğa şikayət ərizəsi yazmağı düşünürlər.
Jurnalistlər məsələni araşdıran zaman aydın olub ki, məktəbdə belə bir qanun var: Şagirdlər dərsdə saçlarını yığmalıdırlar.
Müəllimə dəfələrlə şagirdə xəbərdarlıq etsə də, şagird müəlliməni dinləməyib və kobud cavab verib. Müəllimə əsəbləşərək sağirdi cəzalandırmaq üçün saçından bir parça kəsib. Daha sonra müəllimə günahını anlayıb və özü ərizə yazaraq işdən ayrılıb.
Məktəb direktoru hələ də məsələyə münasibət bildirməyib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub