Pakistanda qəribə hadisə baş verib. Kişi onun razılığı olmadan qohumlarının qızını başqasına ərə verməyə razılaşdığını öyrənib və bundan hiddətlənərək ailə üzvlərini qətlə yetirib.
Mynews.az xəbər verir ki, bu barədə “The Hindustan Times”da məlumat yayılıb.
Asif Şah əvvəl həyat yoldaşını və iki qızını – Komal və Ridanı güllələyib, daha sonra 15 yaşlı oğlunu ağır yaralayıb.
Münaqişə Pəncab vilayətinin Attok şəhərində meydana gəlib. Yerli polis bölməsinin məlumatına görə, 26 yaşlı Komal üçün gənc bir oğlan elçi göndərib. Ata qızı ilə evlənmək istəyən oğlanı əvvəlcədən bəyənməyib.
Gələcək qayınata bütün ailə üzvlərinin bu izdivaca xeyir-dua verdiyini öyrəndikdən sonra əlinə odlu silah alaraq, ailəsini güllələyib. Dəhşətli qətlləri törətdikdən sonra hadisə yerindən qaçıb. Həmin şəxsin axtarışa verildiyi bildirilir.
2016-ci ilin avqust ayında Karaçi şəhərində yaşayan başqa bir pakistanlı həyat yoldaşının boğazını kəsib. O, bundan 15 il əvvəl birinci həyat yoldaşını da qətlə yetirmişdi. Hər iki halda qətlin namus üstündə törədildiyi bildirilir.
Qatilin sözlərinə görə, ikinci həyat yoldaşı ondan 20 yaş cavan olub və xəyanət edib. O, birgə nikahdan üç övladı olan ilk həyat yoldaşını da qısqanclıq zəminində qətlə yetirib.
“Namus qətli” – Pakistanda qızın və ya arvadın ailənin namusunu ləkələdiyi hallarda törədilir. Orta əsrlərdən qalan ənənə Pakistanda bu günə kimi müşahidə olunur.
Hər il bu ölkədə milli dəyərlərin pozulmasından hiddətlənən qohumların əli ilə yüzlərlə qadın qətlə yetirilir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub