mynews.az"İnterfaks" xəbər verir ki, Dağıstan hökumətinin başçısı səlahiyyətlərini icra edən Abdusamid Həmidovun evində axtarış gedir.
Mynews.az virtualaz.org-a istinadən xəbər verir ki, hələlik bu məlumat rəsmi qaynaqlardan təsdiq olunmayıb. Məlumata görə Həmidovun iş kabinetində də axtarış aparılır, habelə onun müavini Şamil İsayevin də otağının axtarıldığı bildirilir.
Xəbərlərə əsasən, hazırda Rusiya Baş Prokurorluğu Dağıstanda kütləvi yoxlamalar aparır. Yanvarın 17-də Moskvadan Dağıstana 38 prokurordan ibarət xüsusi təhqiqat qrupu göndərilib. Qrup hakimiyyət orqanlarının fəaliyyətini yoxlamağa başlayıb. Qrupa baş prokurorun müavini İvan Sıdoruk başçılıq edir.
Fevralın 2-də Mahaçqala şəhərinin baş arxitektoru Maqomedrəsul Gitinov dindirilib və dindirilmədən sonra saxlanılıb. Onu çoxmərtəbəli binanın tikintisinə icazə verilməsində səlahiyyətlərini aşmaqda ittiham edirlər. Gitinova yeni ittihamların irəli sürüləcəyi istisna deyil. Habelə yanvarın 19-da Mahaçqala meri Musa Musayevə qarşı cinayət işi qaldırılıb. O, korrupsiyada ittiham olunur.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub