Türkiyədə müsəlmanlara sol əllə qida qəbul etmək və su içmək tövsiyə olunmur.
Mynews.az Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Din Məsələləri üzrə Dövlət İdarəsinin (Diyanət) fitvasında bildirilir.
Həmin fitvaya görə, Hz.Məhəmməd qida qəbulu ilə bağlı ümumi prinsipləri müəyyən edən zaman “sol əldən istifadəni arzuolunan saymayıb”.
“Belə ki, peyğəmbərimiz bu məsələ üzərində duraraq, şeytanların sol əllə yeyib-içdiyini xəbər verib, ümməti və uşaqları övladlarına sağ əllə yemək yeməyi öyrədib”, - deyə fitvada deyilir.
“Diyanət” müsəlman valideynlərə övladlarını erkən yaşlarından buna öyrətməyə çağırıb.
Fitvaya görə, qidalanma zamanı sol əldən istifadə o zaman məqbul sayılır ki, həmin şəxsin hər hansı fiziki qüsuru olsun.
Xatırladaq ki, Türkiyənin Din Məsələləri üzrə Dövlət İdarəsi bundan əvvəl – dekabr ayında boşanma haqqında fitva vermişdi. Böyük əks-səda doğuran fitvaya görə, öz həyat yoldaşını bacı və ya ana adlandıran kişi həyat yoldaşından boşanmış hesab olunur.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub