Türk xalq mahnılarının məşhur ifaçısı Yusuf Harputlunun böyük qardaşı Nihat Gezer xəsarət yetirmə və qanunsuz silah gəzdirmə iddiaları ilə 13 il 6 ay 22 gün azadlıqdan məhrum edilib.
Mynews.az Habertürk-ə istinadən xəbər verir ki, Nihat Gezer eyni binada yaşadığı qonşusu Hasan Parını öldürüb, oğlunu isə ağır yaralayıb.
TƏFƏRRÜAT
Eyni binada qalan Hasan Parın yuxarı mərtəbədə yaşayan Nihat Gezerə "Yuxarıdan zibil atmayın, paltarlar kirlənir" deyib. Zibil atmadığını söyləyən Gezer ilə Parın arasında mübahisə düşüb. Nifrətə çevrilən mübahisə olay günü təkrarlanınca davaya dönüb. 2016-cı ilin 20 iyun günü gecə yarısı Gezer və Parın ailələri arasında yaşanan dava zamanı Nihat Gezer qanunsuz saxladığı silahı ilə Hasan Parın və oğlu Burak Parına atəş açıb.
Ağır yaralanan 49 yaşlı Hasan Parın xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə yerindən qaçan Nihat Gezer 22 gün sonra Kadıköydə saxlanılıb.
Hadisə zamanı oğul Burak Parın da yaralanıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub