560 milyon dollar qazanmış, ABŞ-ın “Powerball” lotereyasının qalibi mükafatı götürmək üçün tələb olunan şəxsiyyəti təsdiq edən sənədləri təqdim etməkdən imtina edib.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Qadın məhkəmə yolu ilə mükafatı anonim olaraq götürmək niyyətindədir. Məhkəmə sənədlərində onun adı Ceyn Dou (Jane Doe) kimi təqdim olunur.
Bir qayda olaraq anonim iddia qaldıran şəxslərə şərti olaraq bu ad və soyad verilir.
İddiaçı qonşularının onun birdən-birə varlanmasından xəbər tutacağından, potensial cinayət və dələduzluq qurbanına çevriləcəyindən qorxur.
“O gündəlik bazarlığa sakit, həyəcansız şəkildə getmək, şəhərdə keçirilən tədbirlərdə təhlükəsiz şəkildə iştirak etmək istəyir, insanların onun milyonluq mükafat qazandığını bilməsini istəmir”, - deyə vəkili bildirib.
Lotereya təşkilatçıları hesab edir ki, qalibin ictimaiyyətə təqdim olunması bir tərəfdən, dələduzlardan sığortalanmasına kömək edir, digər tərəfdən, lotereya oyununu amerikalılar arasına populyarlaşdıran güclü marketinq gedişidir.
Nyu Hempşir ştatının qanunlarına görə, qalibin adı, yaşadığı şəhər və əldə etdiyi məbləğ ictimai şəkildə elan edilməlidir.
1
Sosial mediada qadın sürücü ilə bağlı yayılan görüntülərə RƏSMİ CAVAB
400 dəfə oxunub
2
İlham Əliyev fərman imzaladı
381 dəfə oxunub
3
Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb
379 dəfə oxunub
4
Qəzada həlak olan dostlar yan-yana torpağa tapşırıldılar: "Ailə məhv oldu" - VİDEO
376 dəfə oxunub
5
Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb
370 dəfə oxunub