Meksikanın Verakrus ştatında cinayətkarlar tərəfindən qaçırılmış turist mikroavtobusunda 11 nəfərin meyiti tapılıb.
Mynews.az-ın məlumatına görə, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Migel Anhel Yunes bəyan edib.
“Bu, əhaliyə və ya hökumətə qarşı hücum deyil, mütəşəkkil cinayətkarlar arasında münasibət aydınlaşdırmasıdır”, - Yunes deyib.
Mikroavtobus Boka-del-Rioda aşkar edilib. Mikroavtobusun kimdən oğurlandığı müəyyən edilib.
Yunes əhalini sakitliyə riayət etməyə çağırıb və bildirib ki, ştatda insanların təhlükəsizliyini təmin etmək və bu cinayətə aidiyyəti olan quldurların tutulması üçün xüsusi əməliyyat aparılır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub