Məşhur aktrisa Oksana Aplekayevanın öləndən sonra morq işçisi tərəfindən təcavüzə uğradığı illər sonra məlum olub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın məşhur model və aktrisası Oksana 2008-ci ildə maşın yolunun kənarında ölü tapılmasına baxmayaraq onun qatili hələ də tapılmayıb.
Gənc aktrisanın qatilinin tapılması üçün yenidən əməliyyata başlanılıb. Onun vaxtilə ekspertiza zamanı üzərindən götürülən qan ləkələri yenidən yoxlanılıb.
Toplanan dəlillər nəticəsində Oksananın ölümündən sonra təcavüzə uğradığı ortaya çıxıb. DNT testləri nəticəsində məlum olub ki, ölən qadını zorlayan şəxs morqda işləyən 37 yaşlı Aleksandır olub. Onun bu əməli ortaya çıxana qədər hələ də morqda işlədiyi məlum olub. Aleksandr meyidxanada 12 il işləyib. Daha sonra həmin dövrdə morqdakı digər cəsədlərə də bu cür hərəkətlərin edilib-edilməməsi barədə araşdırma aparılıb. Ancaq bununla bağlı heç bir sübut ortaya çıxmayıb.
Aleksandrın qadının öldürülməsində heç bir əməlinin olmadığı üçün o həbs edilməyib. Çünki Rusiya qanunlarına görə, bu cür hadisəylə bağlı heç bir cəzalandırma üsulu yoxdur.
Polis qadının qatilinin hələ də tapılmadığını bildirib. Polisin digər versiyasına görə, cinayətkar aktrisanı hərəkət halında olan avtomobildən atıb, daha sonra cinayəti gizlətmək üçün cəsədi başqa bir yerə daşıyıblar.
Cinayətlə bağlı yenidən istintaq işləri başlanılıb. Gənc aktrisanın komputerindən bəzi məlumatlar əldə olunub. Məlumatlarda onun pul qarşılığında Rusiyanın öndə gedən iş adamları ilə birlikdə olduğu və bu şəxslərlə qrup şəklində seks təşkil etməsi ortaya çıxıb.
Qeyd edək ki, Rusyada yaşayan realiti şou ulduzu Oksana Aplekayeva 2008-ci ildə maşın younun kənarında ölü tapılıb. Onun cəsədi yük maşını sürücüləri tərəfindən tapılıb.