Ermənistanlı alimin Florensiyada İran və Qafqaz ərazisində olan kurqan tipli qəbir abidələrlə bağlı elmi konfransda iştirakına qadağa qoyulub.
Mynews.az xəbər verir ki, bu haqda News.am saytında məlumat yayılıb.
Məlumata görə, Ermənistan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji qrupunun üzvü, tarix elmləri namizədi Njde Yeranyanın tədqiqat predmenti Dağlıq Qarabağda yerləşdiyinə görə konfransda iştirak üçün verdiyi ərizə rədd edilib.
“UNESCO-nun qərarını əsas götürüb, ərizəmi qəbul etmədilər”, - deyə erməni alim bildirib.
O, qərardan şikayət vermək imkanının olmadığını deyib. Njde Yeranyan elmi konfransın komissiyasına məktub yazıb. Cavabında ona bildiriblər ki, ərizəsi rədd edilib və məsələ müzakirə mövzusu deyil.
Qeyd edək ki, İran və Qafqaz ərazisində olan kurqanlara həsr olunmuş elmi konfrans 29-30 mart tarixlərində, İtaliyanın Florensiya şəhərində keçiriləcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub