Müəllimi tərəfindən zorlanan qız təcavüz videosunu yaydı - VİDEO

Amerikada 28 yaşlı Jamie Carrillo idman müəlliminin orta məktəbdə ona təcavüz etdiyini illər sonra ictimailəşdirmək qərarına gəlib. O, özündə saxladığı təcavüz videosunu hüquq mühafizə orqanlarına təqdim edib.
Mynews.az teleqraf.-a istinadən xəbər verir ki, Alhambra Kollecində cinsi təcavüzə məruz qalan gənc qız videonu öncə soial şəbəkədə paylaşıb. Videoda qadın idman müəllimi ilə tələbə arasındakı söhbət aydın eşidilir. Məlum olub ki, Andrea Cardosa adlı müəllim hazırda 28 yaşı olan Jamie Carrillo adlı tələbəsinə iki il təcavüz edib.
Təcavüzə məruz qalan Carrillo müəlliməsinin ilk dəfə onu 12 yaşında zorladığını deyib. Çarəsiz olduğunu deyən qız ilk olaraq müəliminin geyim otağında onu öpdüyünü və daha sonra əli ilə ona təcavüz etdiyini deyib. Carrillo müəlliminin ona qarşı cinsi münasibətinin iki il davam etdiyini söyləyib.
Gənc qızın müəllimə haqqında yaydığı iddialardan sonra şübhəli bilinən Andrea Cardosa vəzifəsindən kənarlaşdırılıb, barəsində cinayət işi açılıb.
Jamie Carrillo onun həyatını məhv edən Andrea Cardosa haqqında "Məndən istifadə etdiniz. Buna necə cürət etdiniz? Siz necə olur ki, öz vəzifənizə davam edirsiniz? Hər gün mənə etdiklərinizi düşünürəm. Mən 12 yaşında uşaq idim. Uşaqlığımı, həyatımı məhv elədiniz. Siz məni xəstə etdiniz. İndi 28 yaşındayam və təcavüzə məruz qaldığım yaşda uşaqlarım var. Mənə maraqlıdır, görəsən, indi işlədiyiniz məktəbdə hələ də az yaşlı uşaqlara təcavüz edirsiniz?" deyərək öz duyğularını dilə gətirib.
Faktla bağlı araşdırma davam edir. Videonu təqdim edirik:
Dünya
- Səlcuq Bayraktar: “Haqlı mübarizəsində can Azərbaycanın yanındayıq” - FOTO
- Ukraynada azərbaycanlılar HƏLAK OLDU - Ruslar tankla üstlərindən KEÇİB + ADLAR
- "Bez Bebek" serialının aktyoru vəfat etdi - FOTO
- Qayıq qəzası: 15 nəfər öldü, çoxlu sayda insan itkin düşdü
- Arayik Arutyunyanın qızları Xankəndini birdəfəlik tərk etdilər
- Zəngilanda dövlət sərhədini pozan erməni diversantların məhkəməsinin yekunlaşması gözlənilir
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERİLDİ 1056 dəfə oxunub
- Kəmalə Paşayeva: “Deputat Qənirə Paşayevanın vəziyyəti stabil-ağır olaraq qalır” 1030 dəfə oxunub
- Qənirə Paşayevanın son durumu AÇIQLANDI 1021 dəfə oxunub
- “Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu! 1019 dəfə oxunub
- Bakıda marşrut avtobusu ağır qəza törətdi - Ölənlər var 1015 dəfə oxunub