Suriyada İŞİD terrorçu qruplaşmasının iki britaniyalı üzvü – 34 yaşlı Aleksanda Koti və 29 yaşlı Əl Şəfi Əl-Şeyx kürd döyüşçüləri tərəfindən ələ keçirilib.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu şəxslər İŞİD-in “işgəncə aparatının” azadlıqda olan sonuncu üzvləri idi.
ABŞ rəsmiləri səlis ingilis dilində danışan “işgəncə aparatı” üzvlərinin Qərb ölkələrindən olan azı 27 vətəndaşı, o cümlədən jurnalistləri və humanitar işçiləri edam etdiyini iddia edir.
Koti və Əl-Şeyxin də daxil olduğu Londondan olan cəllad dördlüyünə qeyri-rəsmi olaraq İŞİD-in “Bitlz” qrupu adı verilmişdi.
“İşgəncə aparatın” rəhbəri Məhəmməd Emvazi 2015-ci ildə Suriyada aviazərbə nəticəsində həlak olub. İŞİD təbliğat videolarının əksəriyyətində danışan Emvazi girovların başını kəsməzdən əvvəl Qərb hökumətlərinə təhdid dolu ismarıclar göndərirdi.
Aparatın digər üzvü Eyn Devis isə 2015-ci ildə İstanbulda saxlanılıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub