Dağıstanda aparılan genişmiqyaslı istintaq tədbirləri çərçivəsində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Dərbənd rayonunun başçısı Məhəmməd Cəlilovu saxlayıb.
Mynews.az xəbər verir ki, bu barədə “Кавказский узел” məlumat yayıb.
Məlumata görə, Dərbənd başçısı torpaq sahələrinin ayrılması ilə bağlı maxinasiyalarda şübhəli bilinir.
Cəlilov dindiriləndən dərhal sonra saxlanılıb. O, 2015-ci ildən bəri Dərbənd rayon Administrasiyasının rəhbəri olub.
Məlumata görə, Dərbənd başçısı ilə yanaşı, onun qardaşı, yerli meşə təsərrüfatı idarəsinin rəhbəri Zülfitdin Cəlilov da polisin nəzarətinə götürülüb.
Bundan əvvəl hüquq-mühafizə orqanları rayon administrasiyasında axtarış apararaq, torpaq təsərrüfatı ilə bağlı sənədləri müsadirə edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub