Səudiyyə Ərəbistanında Elm və Texnologiya Universitetinin alimləri Günəş şüaları ilə isinən Yer planetindən çıxan infraqırmızı şüa enerjisini elektrik cərəyanına çevirməyin yolunu tapıblar.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, alimlər bu məqsədlə “kvant tuneli”ndən istifadə edib.
Yer planetinə daxil olan günəş şüalarının çoxu atmosferin üst təbəqələrinə hopur və infraqırmızı dalğa şəklində yenidən şüalanır. Alimlərin hesablamalarına görə, bu yolla saniyədə 1 milyon qiqavata yaxın enerji hasil olunur.
Bu enerjidən yararlanmaq üçün tədqiqatçılar nanoölçülü antenalar və onunla əlaqəli olan, iki metal təbəqə arasında sıxılmış izolyasiya təbəsindən ibarət olan diodlardan istifadə etməyi təklif edib.
“Rekten” adlandırılan belə qurğularda “kvant tuneli” adlandırılan hal, yəni zərrəciklərin keçilməz enerji baryerindən teleportasiyasıbaş verir.
Klassik fizika nöqteyi-nəzərindən “kvant tuneli”nin praktikada tətbiqi mümkünsüz olsa da, onun kvant mexanikası əsasında izahı var. Heyzenberqin qeyri-müəyyənlik prinsipinə görə, yeri dəqiq məlum olan zərrəcikdə, impuls qeyri-müəyyən olur, yəni o, ixtiyari qiymət ala bilər.
Beləcə, zərrəcik ona bu baryeri aşmağa kömək olan əlavə potensial enerji əldə edir. Bu haldan diodların daxilində elektrik sahələrinin gücləndirilməsi məqsədilə istifadə olunur.
Alimlər qızıl və titandan olan iki metal kronşteyn arasında nazik izolyasiya qatı yerləşdirməklə diodun sınaq nümunəsini yaradıb. İnfraqırmızı şüalanmadan qaynaqlanan fotonlar rektenaya düşür və metal-izolyatorda metaldan elektronları sıxışdırır.
Kronşteynin xəfifcə örtüldüyü yerdə baş verən tunel effekti plazmonların (əlaqələndirilmiş elektron titrəyişlər) meydana gəlməsinə və elektrik sahəsinin güclənməsinə səbəb olur.
Tunel effekti yaratmaq üçün, adətən, gərginliyin tətbiq edilməsi tələb olunsa da, bu qurğu infraqırmızı şüaları tutaraq, onları elektrik cərəyanına çevirir və onu gücləndirir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub