Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Hulusi Akar generallarla birlikdə Havadan Koordinasiya-Nəzarət təyyarəsində Afrin əməliyyatına səmadan müşahidə edib.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, türk generallar əməliyyat zamanı terrorçulardan təmizlənən ərazilərə və PYD/YPG mövqelərini izləyib.

Generalların olduğu təyyarə dünyada çox az ölkədə var. Havada 200 saata qədər qala bilən bu təyyarə vasitəsilə 500 kilometrlik ərazidə baş verənlərə nəzarət etmək mümkündür.
H.Akar və digər generalların əməliyyat zonasına şəxsən getməsi dünyada maraqla qarşılanıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub