Çinin Syuyçjou əyalətində bu yaxınlarda tükürpərdici hadisə baş verib. Kişi qan içində olan körpəni qucaqlamış şəkildə özünü xəstəxanaya çatdırıb.

Həkimlər oğlanın bədənində 90 doğranmış yara sayıblar. Xəsarətlərin körpənin doğma anası tərəfindən yetirildiyini öyrənən polislər belə dəhşətə gəliblər.

Kiçik Bao anası və onun iki qardaşı ilə yaşayır. Kişilər evdə nadir hallarda olurlar, belə ki, zibil utilizasiyası ilə məşğul olduqlarından çox işləyirlər. Məhz dayılarından biri körpəni həyətdə qan içində aşkarlayıb.
O, kimin haqlı, kimin günahkar olduğuna aydınlıq gətirmədən mümkün qədər tez uşağı həkimlərin yanına çatdırmağa qərar verib. Bəlkə də, körpənin həyatını xilas edən bu qərar olub. Ana övladına süd verən zaman körpənin onu dişləməsindən qıcıqlanaraq uşağa xəsarət yetirib.

Yanındakı qayçıya əl atan qadın körpəyə çoxsaylı xəsarət yetirib. Həkimlər körpənin üzü və bədəninə 100-dən çox tikiş qoymalı olublar. Ən dəhşətlisi budur ki, polis tərəfindən aparılan ekspertiza ananın tam anlaqlı vəziyyətdə olduğunu təsdiqləyib.
Ailənin qonşuları yerli hökumətdən uşağı valideynindən almasını xahiş ediblər. Onlar isə qohumların artıq körpəyə zərər vurmağa imkan verməyəcəkləri bəhanəsi altında uşağı anasının yanında saxlayıblar.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub