2022-ci ildə ABŞ-da Ayın orbitində stansiyanın inşası üzrə işlərə başlanacaq.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə NASA rəhbəri vəzifəsini icra edən Robert Laytfut bildirib.
“Yaxın qonşumuzun uzunmüddətli tədqiqi və öyrənilməsi məqsədilə biz Ayın orbitində kosmik infrastrukturun inşasına başlayacağıq.
2022-ci ildə əsas güc və mühərrik elementini Ayın orbitinə göndərəcəyik. Bu seqmentlər ayın orbital stansiyasının təməli olacaq”, - deyə NASA rəhbəri bildirib.
Stansiyanın Lunar Orbital Platform-Gateway adlandırılacağı bildirilir.
Laytfut ABŞ-ın 2019-cu il büdcə layihəsinin ictimailəşdirilməsindən sonra NASA-nın planları barədə danışıb. O bildirib ki, ABŞ 2020-ci illərdə Aya qayıtmağı və kosmosu ay orbitindən tədqiqini planlaşdırır.
Laytfutun sözlərinə görə, NASA ay proqramını davam etdirəcək və gələcək perspektivlər baxımından əsas nəzərləri Mars planetinə yönəldəcək.