Gürcüstan ötən gün Ukraynadan deportasiya olunmuş keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilinin vətənə ekstradisiyası ilə bağlı Polşaya sorğu göndərməyə hazırlaşır.
Mynews.az “Qruziya onlayn”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan deputatı Aleksandr Kantariya mətbuata açıqlama verib.
“Saakaşvili Polşada məskunlaşsa və orada yaşayış yerini dəyişsə, oraya da sorğu göndərəcəyik”, – deyə Kantariya bildirib.
Deputat Gürcüstan məhkəməsinin Saakaşvili barəsində hökm çıxardığını xatırladıb.
“O, şübhəli şəxs deyil, məhkəmə artıq baş tutub, hökm çıxarılıb və təbii ki, indi onu burada gözləyirlər”, – deyə deputat vurğulayıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub