Rusiya və Türkiyə 2020-ci ildə C-400 “Triumf” zenit raket sistemlərinin ikinci bölmə dəstinin təchizatı ilə bağlı müqavilə bağlamağı planlaşdırır.
Mynews.az xəbər verir ki, bu barədə TASS hərbi-diplomatik mənbəyə istinadən məlumat yayıb.
“İlk bölmənin təchizatının 2020-ci ilin may-iyun aylarında başa çatmasından sonra Türkiyəyə 2021-ci ildə S-400 komplekslərinin sayca ikinci bölmə dəstinin təchizatı haqqında yeni müqavilənin imzalanması planlaşdırılır.
Təchizat nomenklaturu birinci müqavilədəkinə uyğun olacaq”, – deyə mənbə bildirib.
Mənbənin sözlərinə görə, yeni sənəddə istehsalatın qismən lokallaşdırılması ilə bağlı müddəa olacaq. Türkiyə şirkətləri Rusiya lisenziyası əsasında S-400 sistemlərinin o qədər də yüksək əhəmiyyəti olmayan hissələrini istehsal edəcək.
Xatırladaq ki, bundan əvvəl dekabr ayında “Rostex”in rəhbəri Sergey Çemezov “Kommersant”a verdiyi açıqlamada Türkiyənin dörd S-400 bölməsi alacağını bildirmişdi. Müqavilənin məbləği 2.5 milyard dollardır. Təchizatın 2019-cu ildən başlayacağı planlaşdırılır.
1
Sosial mediada qadın sürücü ilə bağlı yayılan görüntülərə RƏSMİ CAVAB
389 dəfə oxunub
2
İlham Əliyev fərman imzaladı
369 dəfə oxunub
3
Qəzada həlak olan dostlar yan-yana torpağa tapşırıldılar: "Ailə məhv oldu" - VİDEO
366 dəfə oxunub
4
Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb
348 dəfə oxunub
5
Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb
340 dəfə oxunub