Simon Luis adlı bir kişi sevdiyi qıza, Mari Emmanuelə böyrəyini verib.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, 49 yaşlı Simon konsert təşkilatçısı, 41 yaşlı Meri isə onun katibəsi olub.
Uzun illər Emmanuelə aşiq olan Luis hər bayram ona müxtəlif hədiyyələr göndərib.
2014-cü ildə qız özünü narahat hiss etdiyi üçün xəstəxanaya üz tutub və məlum olub ki, ona yeni böyrək köçürülməlidir.
Uzun axtarışlardan sonra Simonun ona donor olacağı öyrənilib. Təşkilatçı eşidər-eşitməz böyrəyini verməyə razı olub. Əməliyyatdan sonra Luis sevdiyi qız evlənmə təklifi edib.
Lakin aldığı cavabdan şoka düşüb. Belə ki, Emmanuel onun təklifini rədd edib və əgər onunla ailə qurarsa, aralarında dostluğun məhv olacağını deyib.
Simon Marini məcbur etməyib və ona böyrək verdiyinə görə peşman olmadığını bildirib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub