Məşhur “Doktor Haus” serialında Çi Pak rolunu oynamış amerikalı aktrisa Şarlin Yi şok-rokçu Merilin Mensonu cinsi istimsar və ona qarşı əxlaqsız hərəkətlərdə ittiham edib.
Mynews.az xəbər verir ki, bu barədə aktrisa “Twitter” səhifəsində, fevralın 17-də yazı paylaşıb.
“Bu lap çoxdan olub – “Doktor Hausun” sonuncu mövsümünün çəkilişlərində. O, serialı çox sevirdi, bizim çəkiliş meydançasına baş çəkmişdi, çəkiliş qrupundan, demək olar ki, bütün qadınlara əxlaqsız təklif etmişdi”, - deyə Yi yazır.
32 yaşlı aktrisa qeyd edib ki, musiqiçi onlardan hansı seksual tərəfdaşlara üstünlük verdiklərini və cinsi əlaqə zamanı hansı pozaları sevdiklərini öyrənməyə çalışıb.
Qeyd edək ki, Şarlin Yi “Tvin Piks” serialının üçüncü mövsümündə və “Monstro”, “Azca hamilə” və “Fəlakət sənətkar” filmlərində çəkilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub