İstanbulda iş adamı Sabri Altunbayın evinin qarşısında 12 güllə vurularaq öldürülməsinin səbəbi proqramında edilən etirafla ortaya çıxıb.
Mynews.az goldnews.az-a istinadən xəbər verir ki, Arif-Həvva Çatal cütlüyü qızları Safiyə Ünlübaşın tapılması üçün Türkiyənin "ATV" ekranlarında yayımlanan Mügə Anlının proqramına müraciət ediblər. İki uşaq anası, 23 yaşlı qadının axtarışları davam edərkən, canlı yayıma bağlanan qohumlarından biri Safiyənin qaynı Rəcəb Ünlübaş ilə birlikdə olduğunu söyləyib. Hətta proqrama ikilinin birlikdə çəkilmiş fotosunu da göndərib.
Lakin Safiyə iddiaları qəbul etməyərək, həyat yoldaşı Sabri Altunbəyin qumarbaz olduğunu, onu qumar qarşılığında başqa kişiyə satdığını, kişinin ona təcavüz etdiyini, daha sonra yenidən o kişi ilə birlikdə olduğunu söyləyib. Qadın bildirib ki, həyat yoldaşı başqa kişi ilə birlikdə olduğunu öyrəndikdən sonra ondan boşanacağını, kişini isə öldürəcəyini qeyd edib.
Bu hadisədən sonra qadın qaynı Rəcəb ilə birlikdə itkin düşən həyat yoldaşı Sabrini axtarmaq üçün görüşdüklərini söyləyib.
Polis hər iki şəxsi həbs edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub