Bu günlərdə Türkiyənin Adana şəhərində yaşanmış rüsvayçı olay qardaş ölkə mətbuatının əsas xəbərlərindən birinə çevrilib.
Savash.org Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə Adananın toy məclisi qurulmuş küçələrindən birində baş verib. Belə ki, dəvəti olmayan 30 yaşlı kişi (adının Sedat K. olduğu bildirilir) toyda yeyib-içdikdən sonra sərxoş halda toy sahibinin yaxınlıqdakı evinə gedib. Evdə 4 yaşlı qız uşağının yatdığını görən dəvətsiz qonaq yuxuda olan qızcığaza təcavüz edib.
Baş verənlərdən xəbər tutan toy sahibi və məhəllə sakinləri Sedat K.-ni polisi işə qatmadan, özləri cəzalandırmaq istəyib. Onu lüt soyunduran məhəllə sakinlərinin niyyətlərini sonacan gerçəkləşdirməsinə isə polis imkan verməyib. Hadisə yerinə gələn polis əməkdaşları Sedat K-ni qəzəbli kütlənin əlindən zorla alaraq elə lüt halda maşına əyləşdirib cəza evinə aparıblar.
Fevralın 11-də baş vermiş olayla bağlı yeni təfərrüatlar isə bu gün bəlli olub. Belə ki, yayılan xəbərlərdə zərərçəkən kiçik qızın ölməsi və Sedat K-nın saxlama kamerasında başına oyun açılaraq öldürülməsi yer alıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub