ABŞ dövlət katibi Reks Tillerson Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin gözlənilən olduğunu bildirib.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu bəyanatı ABŞ dövlət katibi jurnalistlərə verdiyi açıqlamada səsləndirib.
Jurnalistlərdən biri amerikalı ali diplomata nə üçün Vaşinqton administrasiyasının Rusiyaya qarşı tammiqyaslı sanksiyalar tətbiq etmədiyini soruşub.
Suala cavabında Tillerson artıq bəzi addımların qəbul olunduğunu, xüsusilə qüvvədə olan qanunvericilik əsasında, Rusiya hərbi texnikasının satışı ilə bağlı bir neçə müqavilənin qarşısının alındığını söyləyib.
“Biz bir sıra şəxslərə qarşı da sanksiyalar tətbiq edə bilərik, hazırda bu məsələni götür-qoy edirik”, - deyə Tillerson bildirib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub