Türkiyə Silahlı Qüvvələrinin Afrində PKK/YPG terrorçularına qarşı başlatdığı “Zeytun budağı” əməliyyatı çərçivəsində regionun ən kritik yerlərindən olan Hələb-Afrin yolu türk təyyarələri tərəfindən vurulub.
Avropa.info xəbər verir ki, Qərb mediası bu bombardmanı Hələbdən gələcəyi iddia edilən Əsəd rejiminə bağlı əsgərlərə təhdid kimi şərh edib.
Türk hərbi təyyarələrinin bombaladığı marşrut həlledici mövqeyə malikdir. Xüsusən Əsəd qoşunlarının Hələb üzərindən Afrinə gələcəyi xəbərlərindən sonra keçirilən bu əməliyyat, rejim əsgərlərinin yerləşdiyi bildirilən yerə tam 3 kilometr məsafədə yerləşir.
Bu bombardmanın Türkiyənin Əsəd rejiminə verdiyi bir mesaj olaraq şərh olunur.

TSQ bölgədəki əməliyyatlarını böyük bir dəqiqliklə apararkən, həyata keçirilən hava hərəkatı canlı olaraq televiziyalarda yayımlanır. Livan mərkəzli “Al Mayedeen” televiziya kanalı türk təyyarələrinin Afrin-Hələb yolu yaxınlığında yerləşən Nubl kəndinin bombalanmasını saniyə saniyə canlı olaraq yayımlayıb.

1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub