Türkiyə polisi FETÖ fəaliyyəti ilə bağlı istintaq çərçivəsində adıçəkilən terrorçu qruplaşma ilə əlaqələrdə şübhəli bilinən şəxslərin saxlanılmasını həyata keçirir.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, prokurorluq 170 nəfərin saxlanılması ilə bağlı qərar çıxarıb.
Onlardan 144-ü hazırda xidmətdə olan hərbi qulluqçulardır.
Əməliyyat tədbirləri İstanbulda və ölkənin 37 müxtəlif bölgəsində həyata keçirilir. Hərbi qulluqçular FETÖ-yə üzv olmaqda şübhəli bilinir.
Agentliyin məlumatına görə, həmin şəxslər dəfələrlə təşkilatın gizli imamları ilə əlaqə yaradıb. Hal-hazırda 22 nəfərin saxlanıldığı xəbər verilir, reydlər davam etdirilir.
Qeyd edək ki, FETÖ ilə bağlı sonuncu belə irimiqyaslı əməliyyat fevralın 16-da həyata keçirilmişdi. Həmin vaxt 52 nəfərin saxlanılması ilə bağlı order verilmişdi.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub