Türkiyə əhalisinin sayı 2040-cı ildə 100 milyon 331 min 233 nəfərə çata bilər.
Mynews.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə adıçəkilən ölkənin Statistika Komitəsi açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, hazırda əhalisinin sayı 80 milyon 810 min 525 nəfər olan Türkiyədə bu rəqəmin 2023-cü ildə 86 milyon 907 min 367, 2040-cı ildə isə 100 milyon 331 min 233 nəfərə çatacağı gözlənilir. Həmçinin, 2069-cu ilə qədər ölkə əhalisinin sayı artaraq, 107 milyon 664 min 79 nəfərə çatacaq.
Bununla yanaşı, ölkənin ikinci paytaxtı hesab olunan İstanbul şəhərinin əhalisinin sayı 2023-cü ildə 16,3 milyon olacaq. 2023-cü ilə qədər Türkiyənin 68 bölgəsinin əhalisinin sayı artarkən, 13 bölgəsinin əhalisi azalacaq.
Ən yüksək əhali sayı göstəricisinə sahib olan ilk beş bölgə sıralamasında isə ciddi bir dəyişiklik olmayacaq. Yəni, İstanbulun əhalisi 16,3 milyon, Ankaranın 6,1 milyon, İzmirin 4,6 milyon, Bursanın 3,2 milyon, Antalyanın 2,7 milyon olacaq.
1
AYNA Balakəndə 10 milyona kanat yolu çəkir
389 dəfə oxunub
2
Sosial mediada qadın sürücü ilə bağlı yayılan görüntülərə RƏSMİ CAVAB
366 dəfə oxunub
3
Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir - Prezident
361 dəfə oxunub
4
Qəzada həlak olan dostlar yan-yana torpağa tapşırıldılar: "Ailə məhv oldu" - VİDEO
350 dəfə oxunub
5
İlham Əliyev fərman imzaladı
344 dəfə oxunub