Çimərliyə dəsmal gətirmək qadağan edildi Maraqlı səbəb

705
Çimərliyə dəsmal gətirmək qadağan edildi Maraqlı səbəb
İtaliyanın Sardiniya adasının şimal qərbində yerləşən La Pelosa çimərliyində dəniz qumunun azalmasının qarşısını almaq üçün maraqlı qadağa irəli sürülüb.     Kolgemedia.az xəbər verir ki,  La Pelosa çimərliyinin tabe olduğu  Stintino bələdiyyəsi çimərlik qumunun dəsmallara və çantalara yapışaraq daşınmasının qarşısını almaq üçün bu addımı atmağa məcbur olub. Bələdiyyə sədri Antonio Diana qeyd edib ki,  qumlar dəsmallara yapışır və sahildən kənara daşınır. Bununla da sahil qumsuz qalır.       Sardiniya adasındakı bir çox çimərliyin girişində qum, dəniz qabığı, daş, yosun kimi "dənizə aid" materialları almaq qadağan edilib və satışı həyata keçirənlər cinayət məsuliyyətinə cəlb edilir.      Bələdiyyə sədri yalnız xovlu dəsmalların və örtüklərin deyil, soyuducu xüsusiyyəti olan böyük çimərlik çantalarının da qadağan olunacağını, həmçinin çimərliyə girişlərə də məhdudiyyət qoyulacağını deyib.  O, qeyd edib ki, bu qadağa durduq yerə ağıllarına gəlməyib. Araşdırmalara görə, xovlu örtüklər islananda daha çox qum çəkir və bu da sahildən qumunu aparılmasına səbəb olur.     Çimərliyə gündə 1500 nəfər gəlir, ancaq yay aylarında  La Pelosaya gedənlərin sayı gündə 5 mini keçir.     Bələdiyyə xovlu dəsmalları və böyük çimərlik çantalarını qadağan edib qatlanan stul, mat və şəffaf çantalar almağı da planlaşdırır.   Ancaq bələdiyyənin bu cür planı ciddi tənqid və mənfi reaksiyalara səbəb olub.    Bələdiyyə sədri isə bu reaksiyalara etinasız yanaşaraq bildirib ki,  insan istədiklərini deyə bilərlər.  "Əhəmiyyətli olan La Pelosanı xilas etməkdir".

 

Xəbər lenti