Suriyanın Afrin bölgəsində PKK, PYD, YPG-li və İŞİD-çi terrorçulara qarşı Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən başladılan “Zeytun budağı” əməliyyatının 30-cü gündə BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı məsələnin müzakirəsi və qarşı duran tərəflər arasında atəşkəsə nail olunması ilə bağlı qərarın səsverməyə çıxarılması gözlənilir.
Mynews.az-ın xəbərinə görə, belə ki, BMT Təhlükəsizlik Şurası bugünkü iclasında Suriyada 30 günlük atəşkəsin elan olunması yönündə qərar verməyə hazırlaşır.
Bu da öz növbəsində Türkiyədə geniş rezonansa səbəb olub.
Belə ki, atəşkəslə bağlı qərar veriləcəyi təqdirdə, “Zeytun budağı” əməliyyatının taleyi qaranlıq qalmış olur.
Türkiyə isə bununla razılaşmaq fikrində deyil.
“Sözçü”-nün Türkiyə rəsmilərinə istinadən xəbərinə görə, Azad Suriya Ordusu (ASO) ilə birgə aparılan əməliyyatın “terrorla mübarizə əməliyyatı” olduğu və bu səbəbdən də atəşkəs qərarının bu əməliyyata təsir etməyəcəyi vurğulanır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub