Dünyanın ən qəribə restoranları
Müasir dövrdə restoranlar daha çox müştəri cəlb etmək üçün yalnız keyfiyyətli yeməklər yox, bundan əlavə fərqli xidmətlər də təklif edir.
Manevr.az bu məqalədə dünyanın ən qəribə və fərqli xidmətlər təklif edən restoranlarından bəhs edəcək.
Havada yemək keyfi – “Dinner in the Sky”
Adından da məlum olduğu kimi bu restoran müştərilərinə yerdən 50 metr yüksəklikdə xidmət təklif edir. Restoran Belçikanın Brüssel şəhərində yerləşir.
Su altı restoran – “Under”
Kənardan baxdıqda nəhəng qayaya bənzəyən bu restoranın bir hissəsi suyun altındadır. Bura gələnlər yeməkdən əlavə dənizin dərinliklərinə açılan mənzərədən həzz ala bilər.
Tualetdə yemək – “Modern Toilet”
Bu restoran digərlərindən dekorasiyasına görə xeylaq fərqlənir. Tayvanın Taipey şəhərində yerləşən bu restoranda yeməklər unitazda gətirilir. Restoranda müştərilər oturacaqlar əvəzinə unitazın üzərində oturur. Bu fikir bir çoxumuza görə iyrənc səslənsə də məkan il boyu müştərilərlə dolu olur.
Çılpaq yemək yemək – “O naturel”
Bu restorana daxil olmaq istəyən paltarlarını kənarda buraxmalıdır. Restoran Fransanın paytaxtı Parisdə yerləşir. 20 yaşdan kiçiklər isə valideyn icazəsi olmadan restorana buraxılmır.
Həbsxanada yemək – “Alcatraz E.R”
Bu restoranın dizaynı dünyanın ən təhlükəli həbsxanalarından biri olan Alkatraz həbsxanasına oxşar şəkildə dizayn edilib. Restoranın işçiləri isə məhbus paltarlarında xidmət göstərirlər. Restoranda Alkatraz həbsxanasının ab-havasını yaratmaq üçün səs gücləndiricilərindən istifadə edərək qışqırıq səsləri yayırlar./minval.info
1
Sosial mediada qadın sürücü ilə bağlı yayılan görüntülərə RƏSMİ CAVAB
389 dəfə oxunub
2
İlham Əliyev fərman imzaladı
369 dəfə oxunub
3
Qəzada həlak olan dostlar yan-yana torpağa tapşırıldılar: "Ailə məhv oldu" - VİDEO
366 dəfə oxunub
4
Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb
348 dəfə oxunub
5
Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb
340 dəfə oxunub