Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Hollandiya Parlamentinin 1915-ci il qondarma “erməni soyqırımını” tanımasına münasibətini bildirib.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, nazir bu qərarı İslam düşmənçiliyinin göstəricisi adlandırıb.
“Hollandiya parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarı məcburi deyil”, - deyə nazir qeyd edib.
Qeyd edək ki, fevralın 22-də Niderland parlamentinin Aşağı Palatası 1915-ci il hadisələrini qondarma “erməni soyqırımı” kimi tanınması ilə bağlı təklifi qəbul edib. Qərar ölkədə türk diasporunun maraqlarını təmsil edən “Denk” Partiyasından başqa, bütün siyasi qüvvələr tərəfindən qəbul olunub.
Niderland Krallığının Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili məsələ ilə bağlı fevralın 23-də Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub