Suriya ordusu Rusiya Hava Qüvvələrinin dəstəyi ilə ölkə ərazisində 52 yaşayış məntəqəsini "İŞİD" və "Ən-Nusra" terrorçularından azad edib. Bu barədə brifinqdə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah Əməliyyat İdarəsinin rəisi general-polkovnik Sergey Ruskoy danışıb. O, bildirib ki, Rusiya aviasiyası 991 döyüş uçuşu həyata keçirib, terrorçulara məxsus 2306 obyekt məhv edilib, 1702 kvadrat kilometr ərazi yaraqlılardan təmizlənib.
Sergey Ruskoy həmçinin əlavə edib ki, Hələbdən 28 kilometr cənub-qərbdə yerləşən Rəsm-əl-Əysaya "SU-24" qırıcıları tərəfindən təşkil edilən hücum zamanı "Ən-Nusra" terror təşkilatının komanda məntəqəsi məhv edilib. Avia zərbə zamanı 67 terrorçu, o cümlədən Orta Asiya və Şimali Qafqazdan olan 19 səhra komandiri zərərsizləşdirilib.
Palmira şəhərinin azad olunması zamanı isə "İŞİD" terrorçuları 19 tank, 37 döyüş zirehli maşın, 98 silah yerləşdirilmiş pikap və daha yüzlərlə avtomobilini itirib.
Bundan əlavə 1291 yaşayış məntəqəsinin nümayəndələri barışıq haqqında saziş imzalayıblar. Suriyalı müxaliflərdən 178 dəstə üzvü silahı yerə qoyaraq orduya təslim olub.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub