Bakının Yasamal rayonunda qadın intim şəkilləri ilə şantaj edilib.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 42 yaşlı Samirə Mustafayeva (ad və soyad şərti verilib – red.) sosial şəbəkələrdən birində Elman adlı şəxslə tanış olub.
Onlar bir neçə vaxt sosial şəbəkədə danışandan sonra münasibətləri istiləşib. Bundan sonra onlar sosial şəbəkədə həm görüntülü danışıblar, həm də bir-birlərinə intim şəkillərini göndəriblər.
Bundan sonra Elman adlı şəxs Samirə Mustafayevanın şəxsi həyatı ilə bağlı məlumatlar əldə edib.
Samirə Mustafayeva ilə bağlı məlumatlar əldə edən Elman onu şantaj etməyə başlayıb. Qadından pul tələb edən Elman əks təqdirdə onunla olan görüntülü danışığının videosunu və göndərdiyi şəkilləri sosial şəbəkədə yayacağı ilə hədələyib.
Bu hədələrlə o, Samirə Mustafayevadan iki dəfəyə 100 manat alıb.
Sonuncu dəfə Elman Samirə Mustafayevadan 500 manat verməsini tələb edib.
Qadın şantaj olunması ilə bağlı Yasamal rayon Polis İdarəsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 41 yaşlı qadını şantaj edən Elman Bəşirov həbs edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub