Rusiyanın Orsk şəhərində azərbaycanlı ömürlük azadlıqdan məhrum edilib.
Mynews.az Oxu.Az-a xəbər verir ki, noyabrın 2-də 33 yaşlı azərbaycanlı mübahisə zəminində əvvəllər bir mənzildə yaşadığı qadına 20-ə yaxın bıçaq zərbəsi endirib.
Aldığı yaralardan qadın hadisə yerində keçinib.
Ardınca isə cinayətkar qadının 2012-ci il təvəllüdlü qızını doğrayıb. Saxlanılması zamanı cinayətkar hüquq mühafizə əməkdaşlarına sərt müqavimət göstərib, hətta onlardan birinin qarın nahiyəsinə bıçaq xəsarəti yetirməyə çalışıb.
Azərbaycanlı iki nəfərin qəsdən öldürülməsi, o cümlədən azyaşlının xüsusi amansızlıqla qətlə yetirilməsi və qanuni vəzifəsini yerinə yetirən hüquq mühafizə orqanı əməkdaşının həyatına qəsd” ittihamları üzrə təqsirli bilinib.
Məhkəmə onu ömürlük azadlıqdan məhrum edib. Cəzasını Orskın xüsusi rejimli islah müəssisəsində çəkəcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub