Dünyada məlum olan bütün bitkilərin toxumlarının qorunmasını qarşısına məqsəd qoyan anbar yer üzündə hər hansı bir fəlakət nəticəsində bitkilərin nəsli kəsiləcəyi tədirdə bu toxumlar vasitəsi ilə həyatı davam etdirmək məqsədi ilə tikilib.
Bu anbar 10 il öncə Atlantik Okeanının sahilindəki qayalıqların içərisində inşa edilib. Norveçin kənd təsərrüfatı və ərzaq naziri Jon Georq Dale bildirib ki, qlobal qida təhlükəsizliyi və bitki genetikasının qorunması məqsədi ilə bu anbarın fəaliyyəti bütün bəşəriyyət üçün çox vacibdir.
Toxum anbarında qarğıdalı, buğda, arpa, kartof, lobya kimi gündəlik ərzaq məhsulları ilə yanaşı 890 min növ mədəni bitki toxumu mühafizə olunur. Anbar ümumilikdə 4,5 milyon növ toxumu qorumaq üçün nəzərdə tutulub.
Eyni zamanda anbarda dünyada məlum olan bütün informasiyaları maqnit lentlərdə qoruyub saxlayacaq Dünya Bilgi Arxivi də fəaliyyət göstərir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub