ABŞ-ın Los-Anceles şəhərində polis ermənini güllələyib.
Mynews.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə Los-Anceles polis rəisi Çali Bek məlumat verib.
Onun sözlərinə görə, öldürülən şəxs 22 yaşlı Panorama-Siti sakini Orbel Nazaryandır.
Bazar ertəsi Nazaryan polisə zəng vuraraq onda tapança və bıçağın olduğunu bildirib. Hadisə yerinə gələn polis əməkdaşları Nazaryanın əlində kəsici alət olduğunu görüblər.
Erməni polisin əmrinə tabe olmaqdan imtina edib və hüquq-mühafizə orqanlarının əməkdaşlarının həyatına təhlükə yaradıb.
Bekin sözlərinə əsasən, polislər insidenti videoya çəkiblər.
Faktla bağlı araşdırma aparılır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub