Bakı ilə qardaşlaşmış Hyuston şəhərində Azərbaycan icması, Azərbaycanın ABŞ-dakı səfirliyi, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (AZİZ) və ABŞ Konqresinin nümayəndələri Hyustonda yəhudi icmasının ən böyük dini məbədi - Bet Yeşurun sinaqoquna baş çəkib, ötən il Harvi qasırğası nəticəsində zərər görmüş sinaqoqda aparılan bərpa işləri ilə tanış olublar.
Mynews.az bildirir ki, Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, Azərbaycan nümayəndə heyətini Bet Yeşurun sinaqoqunun rəhbərliyi, Amerika Yəhudi Komitəsinin Hyustondakı direktoru və digər yerli yəhudi icmasının tanınmış üzvləri qarşılayıb.
Bu məqsədlə təşkil edilmiş tədbirdə Azərbaycan və yəhudi xalqları arasında dostluq ənənələrinə uyğun olaraq, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası və Hyustonda Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri İradə Axundova bu sinaqoqun bərpasına maddi yardım təqdim edib və Azərbaycanın hər zaman dostlarının yanında olduğunu vurğulayıb.
Maddi yardıma görə təşəkkürünü bildirən ravvin David Rozen anti-semitizmin heç zaman olmadığı Azərbaycanın zəngin multikulturalizm ənənələrini təqdir edib, Azərbaycanın ABŞ və İsrailin yaxın tərəfdaşı olmasına görə təşəkkür edib.
Bu fikirlərlə həmrəy olduğunu qeyd edən ABŞ-dakı səfirliyin müşaviri Vüqar Qurbanov yəhudi icmasının Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olması, hər iki xalqın həm çətin, həm də xoş gündə bir-birinə dəstək olduğunu qeyd edib.
İsraildə fəaliyyət göstərən AZİZ təşkilatının rəhbəri Lev Spivak Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri, İsrail-Azərbaycan dostluğunun möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Daha sonra Azərbaycan və yəhudi icmasının nümayəndələri maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub