İstanbulun Ataşehir rayonunda qızların zorlandığı bağ evindən polis basqınıyla xilas edilən 17 yaşlı gənc qızın ifadəsi eşidənləri dəhşətə gətirib.
Mynews.az Milli.Az-a istinadən xəbər verir ki, Məktəbli qız "Anamla da onun evində qalmışam. Mən heç kimdən zərər görmədim. Mən onun uşaqlarına baxırdım" deyərək şok edib. Qız şübhəli ilə bacısı sayəsində tanış olduğunu və onunla bacı-qardaş münasibətlərinin olduğunu da sözlərinə əlavə edib.
Qeyd edək ki, evdə aparılan araşdırmada, yetkinlik yaşına çatmayan qızların zorlandığı videoların toplandığı CD-lər, 2 tapança və 180 mərmi tapılıb. Görüntülərdəki qızların 14-17 yaşlarında A.T., K.Ü., H.K.K və A.U. olduğu məlum olub. Ev sahibi Abuzer Sayanın əlində seks görüntüləri olduğu üçün qızlardan 3-ü geri qayıtdığı zaman qorxudan heç nə danışmayıb.
Şübhəli Abuzer Sayan isə ifadəsində: "Küçədə qalmasınlar deyə yanımda qalmaqlarına icazə verdim. Bir həftə qaldılar. Sonra analarına təhvil verdim. Günlər sonra 4 qız gəldi yanımda. "Yataqxanadan qaçdıq, qalmağa yerimiz yoxdur" deyib, orada qalmaq istəmədiklərini bildirdilər. 3-4 gün qaldılar. Bağda heç kamera sistemi yoxdur. Təhdid və şantaj etmədim. Bir az pul verib, yola saldım" deyib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub